Search for:

Azərbaycanda yeni qalmaqallı həbs

Paylaş:

42-ciparalel.az

Elşad Abdullayev qalmaqalı MTN-ə qədər uzanır.


Azərbaycan


Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayevin bacısı oğlu, eyni zamanda onun hüquqlarını müdafiə komitəsinin sədri Azad Mürsəliyev həbs olunub.

Bu barədə “Azadlıq” qəzetinə Azad Mürsəliyevin oğlu məlumat verib: “Mən Azadın oğluyam. Atam Azad Mürsəliyev İstanbula gedərkən sərhəddə saxlanıldı. Hal-hazırda


Qazax




Rayon Polis Şöbəsində saxlanılır”.



Azad Mürsəliyev


Bu günlərdə Elşad Abdullayevin qardaşı Elsevər Abdullayev də prokurorluq orqanlarındakı işindən uzaqlaşdırılıb. Virtualaz.org saytı xatırladır ki, Elşad Abdullayev 2011-ci ildən etibarən KİV-də yüksək rütbəli məmurlar əleyhinə kampaniyaya başlamışdı. Siyasi müşahidəçilər sabiq rektorun bu hücumlarının arxasında MTN-in keçmiş rəhbərliyinin dayana biləcəyini təxmin edirdilər. Azərbaycanda E.Abdullayev barədə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsi sabiq rektor barədə həbs-qətimkan tədbiri seçilməsinə dair hökm çıxarıb. O isə ölkəni tərk edərək Fransaya qaçıb və bu ölkəyə sığınıb.


Paylaş: