Search for:

Arif Məmmədovun yerinə təyinat

Paylaş:



42-ciparalel.az

İƏT-nın Avropa İttifaqı yanında səfiri Akşin Mehdiyev təyin edilib.

Azərbaycanın geri çağırılan


İslam Əməkdaşlıq Təşkilatının


Avropa İttifaqı


yanındakı səfiri


Arif Məmmədovun


yerinə təyinat olub.

Azərbaycanın




Nazirlik


tərəfindən təşkilatın Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifəsinə Xüsusi Tapşırıqlar üzrə səfir


Akşin Mehdiyevin


namizədliyi irəli sürülüb.



Məlumata görə, noyabrın 4-də İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in baş katibi tərəfindən səfir Akşin Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifəsinə qəbul edilməsi təsdiq edilib.


Yeni səfir vəzifəsinin icrasına dekabrın 1-dən başlayacaq.



Akşin Mehdiyev – Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri


Səfir A. Mehdiyev 2001-2006-cı illərdə Azərbaycanın


Avropa Şurası


, 2006-2014-cü illərdə


BMT


yanında daimi nümayəndəsi olub. Bundan öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi


Arif Məmmədov


olub.


A.Məmmədov 2013-cü ildə bu vəzifəyə təyin olunmuşdu. Daha əvvəl isə o, Azərbaycanın


Brüsseldəki


səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri vəzifələrində çalışıb.


Arif Məmmədov iyun ayında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Avropa İttifaqı yanındakı səfiri vəzifəsindən geri çağırılıb. Daha sonra Arif Məmmədov Norveçdən sığınacaq istəyib. Sabiq diplomat Arif Məmmədovun korrupsiya əməlləri ilə bağlı məlumatlar ortaya çıxmışdı. Onun haqqında


Cinayət Məcəlləsinin


179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.



Arif Məmmədov – İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri


A.Məmmədov bir müddət əvvəl öz facebook səhifəsində vəzifəsindən azad edilən


Milli Təhlükəsizlik naziri


Eldar Mahmudov


barəsində iddialar yazmışdı.


“Eldar Mahmudov qudası, Beynəlxalq Bankın rəhbəri


Cahangir Hacıyevlə


bərabər dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib. O, bundan əvvəl də bu cür maliyyə maxinasiyalarına yol veribmiş, lakin həmin zamanlarda cəzalardan birtəhər canını qurtara bilib. Mənimsənən pulların bir qismi isə xaricə qaçırılıb. Bu işdə ona başqa bir qohumu – “Azəriqazbank”ın sahibi Çingiz Əsədullayev kömək edib”,- deyə keçmiş səfir yazıb.


Paylaş: