Millimizin növbəti sınağı – YENİLƏNİR

Azərbaycanın qadın və kişilərdən ibarət voleybol milliləri Avropa Liqasında növbəti oyunlarını bu gün keçirəcəklər.

42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, qadınlardan ibarət komanda Şimali Makedoniya ilə üz-üzə gələcək.

İspaniyada təşkil olunacaq qarşılaşma Bakı vaxtı saat 20:30-da start götürəcək. Azərbaycan millisi 3 xalla 11-ci, hazırda xalı olmayan Şimali Makedoniya 23-cü pillədə qərarlaşıb.

Kişilərdən ibarət kollektiv isə İspaniya seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək. Rumıniyadakı oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İspanlar 6 xalla 8-ci, əvvəlki matçlarda uduzan Azərbaycan yığması 24-cü yerdədir.