44 günlük Vətən müharibəsi qazisi Vüqar Quliyev vəfat edib
Lənkaran rayonunun Şilavar kənd sakini, 11.02.1981-ci il təvəllüdlü Vüqar Quliyev Mirzəxan oğlu vəfat edib.
Vətəninfo.az-a verilən məlumata görə, 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Vüqar Quliyev dünən axşam saatlarında insult keçirərək dünyasını dəyişib.

Bildirilib ki, o, Vətən müharibəsi zamanı N saylı hərbi hissədə gizir vəzifəsində xidmət edib, döyüş əməliyyatlarında fəal iştirak edib və aldığı xəsarətlərə görə qazi statusu alıb.
Məlumata görə, Vüqar Quliyev bir müddətdir beynində xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Allah rəhmət eləsin.
