Search for:

Məşhur cütlük küçədə dava etdi

Paylaş:


42-ciparalel.az

Fahriyə Evcen və Burak Özcivit mübahisə ediblər.


Türkiyənin

məşhur cütlüklərinin arasında dava düşüb.  Ã‡oxdandır bir yerdə yaşayan

Fahriyə Evcen

ilə

Burak Özcivitin

münasibətləri pozulub. Onlar küçədə bərk səslə danışaraq mübahisə etməyə başlayıblar.




Ulduz model və aktyor Burak Özcivit sevgilisini maşına mindirərək salonda mübahisəni davam ediblər. Fahriyə Evcen küçədə kənardan keçənlərin təəccüblü baxışlarına məhəl vermədən qışqıraraq maşından çıxıb. O, taksi çağıraraq evə tək gedib.




Fahriye Evcenin sevgilisi Burak Özçiviti tərəf müqabili

Neslihan Atagülə

qısqanması xəbərləri yayılmışdı. F.Evcen isə nəhayət ki, bütün bu söz-söhbətlərə son qoyaraq jurnalistlərə açıqlamasında o, şaiyələrin əsassız olduğunu bildirib: “Bəli, belə xəbərlər çıxıb. Amma qısqanma kimi bir şey söhbət mövzusu ola bilməz. Bu, bizim işimizdir”.




Aktrisa çəkiliş meydanına olan sıx ziyarətlərini isə sevgilisi üçün darıxması ilə əlaqələndirib.









“Qara Sevda” filmindən foto




Burak Özçivitin hazırda çəkildiyi serialda sevgilisi rolunu Neslihan Atagül ifa edir. Onların film boyu olduqca səmimi səhnələri belə şayiələrin yayılmasına əsas verib. Fahriye Evcenin son günlər tez-tez çəkiliş məkanına getməsi bu səhnələri gördükdən sonra sevgilisini qısqanması ilə əlaqələndirilir.




29 yaşlı Fahriye Evcen 2006-cı ildə çəkildiyi “Yarpaq tökümü” serialındakı Necla rolu ilə tamaşaçıların sevgisini qazana bilib. Aktrisa Azərbaycan tamaşaçılarına “Evim sənsən”, “Çalıquşu”, “Eşq sənə bənzər” serial və filmlərindən tanışdır. 2014-cü ildən aktyor “Çalıquşu” teleserialının digər baş qəhrəmanı – Kamran rolunu ifa edən Burak Özçivitlə sevgilidirlər.




Burak Özcivit ilə Nesilhan Atagül “Kara Sevda” serialında sevgili cütlük rolunu oynayırlar.

Paylaş: