Search for:

Azərbaycanlı həkimlərin sayəsində həyatdayam ( VİDEO )

Paylaş:


42-ciparalel.az

Əfsanəvi futbolçu və


“Qəbələ”


klubunun idman direktoru

Toni Adams


əməliyyat olunub.


Toni Adams həyatının kritik vəziyətində olduğunu deyib. İdman direktoru Bakıda ürəyindən əməliyyat olunub. Bu barədə idman direktoru “Guardian”a danışıb .




“Məşq zamanı ürəyimdə ağrılar hiss etdim. Mənə məsləhət görüldü ki, Bakıda müalicə alım. Həm “Qəbələ” klubunun həkimləri, həm də kardioloq Üzeyir Rəhimov məni müalicə etdilər. Ürəyimə anqioplastik edilib, damarlardan birinin yolu tutulmuşdu. Həkimlər fantastik iş gördülər. Hətta


Britaniyada


mənim kardioloqum bunu təsdiq edib. Dəqiq deyə bilərəm ki, onlar olmasaydı mən həyatda olmazdım. Kiçik əməliyyat mənim həyatımı xilas etdi. Sizə təşəkkür edirəm və məsləhət görürəm ki, əgər sinənizdə ağrı hiss etdinizsə, dərhal həkimə müraciət edin”




Avropa Liqasının


qrup mərhələsində bu gün


“Borusiya Dortmund”


klubu ilə qarşılaşacaq “Qəbələ” bu matçın son məşqinə çıxıb.



“Qəbələ” Dortmunda oyun öncəsi son məşqinə çıxıb




Roman Qriqorçukun


komandası səfərdə “Borusiya Dortmund” ilə qarşılaşacaq.



Bakıda keçirilən ilk görüşdə bu rəqibinə 1:3 hesabı ilə uduzan “Qəbələ” çətin sınaq qarşısındadır. Komandamız bu dəfə də məğlub olarsa, qrupdan çıxmaq şansı minumuma enəcək.


Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.




Tony Adams-a İngiltərədə ona görə “əfsanə” deyirlər ki, o


“Arsenal”


futbol klubundakı 22 illik karyerası ərzində 669 dəfə meydançaya çıxıb.




“Qəbələ” idman direktoru Azərbaycan toyunda da iştirak edərkən öz rəqsi ilə də yadda qalmışdı.

Paylaş: