Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq

Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq

12-14 iyun tarixlərində Azərbaycanın trek velosipedi üzrə milli komandası Çexiyanın Brno şəhərində keçiriləcək “Grandprix Brno Cycling Track” və “Grandprix Austria” yarışlarında iştirak edəcək.

42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdman Federasiyası məlumat yayıb.

Milli komandanın heyətində U-23 yaş kateqoriyasında Tural İsrafilov və Maksim Trendelyov, gənclər arasında isə Rəhim Nağıyev, Çingiz İsayev, Murad Nadirov və Nihad Xudoyev çıxış edəcəklər.

Yarışlara qatılacaq idmançılar sırasında Viktoriya Sidorenko da yer alıb.