İslandiya və Argentina arasında keçirilən yoldaşlıq oyunu (0-3) zamanı argentinalı hücumçu Lionel Messi “Barselona”dan keçmiş komanda yoldaşı Eydur Qudyonsenin oğlu Daniel ilə görüşüb.

Oyundan sonra Messi jurnalistlərə onun kim olduğunu dərhal anlamadığını etiraf edib.

“O, yanıma gəlib soruşdu: ‘Mənim kim olduğumu xatırlayırsan?’ Düzünü desəm, bu məni təəccübləndirdi. Sonra dedi ki, Qudyonsenin oğludur. Düzünü desəm, onu xatırlamırdım, çünki o vaxtlar çox balaca idi. Onunla bir dəfə görüşdüyümü xatırlayıram, məşqlərdən birində atası ilə birlikdə idi. Amma dediyim kimi, o vaxtlar çox balaca idi”, – jurnalist Abokr Omar Messinin sözlərini sitat gətirib.

Edyur Qudjynsen 2006-2009-cu illərdə Messi ilə birlikdə “Barselona”da oynayıb.