Fikrət Qoca: Səhv etmək ayıb deyil, amma onu düzəltməmək ayıbdır
42-ciparalel.az
“O səs
Türkiyə
” mahnı yarışına qatılan, əməkdar artist
Aybəniz Haşımova
nın qızı
Aynişan Quliyeva
xalq şairi
Fikrət Qoca
nın xətrinə dəyib. Belə ki, Aynişan həmin yarışda Fikrət Qocanın sözlərinə
Polad
Bülbül
oğlu
nun bəstələdiyi “Gəl, ey səhər” mahnısını ifa edib. Lakin ifa zamanı efirdə əksini tapan titrdə bəstəkarın adı qeyd olunsa da, sözlərin müəllifi anonim göstərilib.
“Mahnı ifa olunarkən onun söz və musiqi müəllifi qeyd olunmalıdır. Bəstəkarın adını çəkib, şairin adını anonim kimi təqdim etmək etik baxımdan düzgün deyil. Ümumiyyətlə, hesab edirəm ki, mahnının düzgün təqdimatı – şair və bəstəkarın adının qeyd olunması mədəniyyət tələb edir. Əgər kimsə müəlliflərin adını çəkmirsə, bu, birmənalı olaraq, mədəniyyətdənkənar hal kimi qiymətləndirilir. O ki qaldı Aybənizin qızına, gərək anası onu başa salaydı. Bir səhv edib. Səhv etmək ayıb deyil, amma onu düzəltməmək ayıbdır”.