Məmmədyarovdan qələbə ilə start

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Özbəkistanda keçirilən “UzChess Cup” ənənəvi beynəlxalq turnirə qələbə ilə start verib.

42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, ən güclülərin yarışdığı “Masters” bölümündə ölkəni təmsil edən Ş. Məmmədyarov birinci turda Hindistan şahmatçısı Vidit Santoş Gujrathiyə qalib gəlib.

Yarışın “Challenge” bölməsində Azərbaycanın iki şahmatçısı – Eltac Səfərli və Məhəmməd Muradlı da çıxış edir. Onların yarışında birinci turun partiyaları bu gün oynanılacaq.

Altı ölkənin qatıldığı beynəlxalq turnirə iyunun 15-də yekun vurulacaq.