İran XİN-nin binası vurulub? – Nazirlik açıqlama yaydı

Bu gün Tehranın mərkəzində yerləşən Xarici İşlər Nazirliyinin binası yaxınlığında güclü partlayış baş verdiyi bildirilir.

Vətəninfo.az xəbər verir ki, “Əl-Cəzirə” telekanalının məlumatına görə, ilk partlayış İran Xarici İşlər Nazirliyinin binasını silkələyib. Yerli media, o cümlədən Fars News agentliyi hadisəni təsdiqləsə də, partlayışın dəqiq yeri və səbəbi barədə hələlik rəsmi məlumat verilməyib.

Qeyd olunur ki, hadisə ilə eyni vaxtda Tehranın bəzi bölgələrində hava hücumundan müdafiə sistemləri işə düşüb.

Xarici İşlər Nazirliyi yaydığı açıqlamada binaya heç bir zərər dəymədyi bildirilib.