Qrossonu əvəzlədi: “Sassuolo”da Akvilani dövrü

“Sassuolo”nun yeni baş məşqçisi müəyyənləşib.

42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, A Seriyası təmsilçisini Alberto Akvilani çalışdıracaq.

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Tərəflər arasında bütün razılıq əldə olunub.

41 yaşlı mütəxəssisin 2028-ci ilin iyununa qədər nəzərdə tutulan müqaviləyə imza atacağı bildirilib.

Akvilani bu vəzifədə Fabio Qrossonu əvəzləyəcək.

Qeyd edək ki, Alberto Akvilani son olaraq “Katantsaro”nu çalışdırıb.

Onun rəhbərliyi altında komanda 2025/26 mövsümündə 38 oyunda 11 qələbə, 20 heç-heçə və 7 məğlubiyyətlə Seriya B-ni 53 xalla 6-cı pillədə başa vurub.