Search for:

Rusiyada yaşayan azərbaycanlı milyonçudan maraqlı açıqlamalar

Paylaş:

42-ciparalel.az

“Bir neçə dəfə bizim binanın girişində bir neçə dəfə partlayış törədilib. Mənim mənzilimin düz qaraşısına, liftə dinamit qoyublar”.


Bunu “Moskovskaya komsomelets”ə müsahibəsində


Rusiyada


yaşayan azərbaycanlı iş adamı


Araz Ağalarov


deyib. O, 90-cı illərdə hökm sürən qarışıqlıq zamanı biznesini inkişaf etdirmək, qorumaq üçün necə çalışdığından danışıb.




İş adamının


sözlərinə görə, 90-cı illərin əvvəllərində çox adamlarla şəxsi münaqişəsi, görüşləri, danışıqları olub. Amma biz heç vaxt heç kimlə danışığa getmirdik – “krışa”mız da heç vaxt olmayıb. Siz soruşa bilərsiniz ki, mən buna necə nail olmuşam. Mən elə insanam ki, təzyiq altında rubl vermək və ya həyatını vermək demək olar ki, eyni şeydir. Belə adamı quldurlar nə ilə hədələyə bilərlər? Fiziki zorakılıqla? Axı onlar məni öldürsələr onda dəqiq heç nə almayacaqlar! Yəni mən onlara sağ lazımam”.



Araz Ağalarov


hər dəfə belə hallar baş verəndə ailəsini təxliyyə etdiyini və tək qaldığını deyib. Bununla da quldrlar heç nə edə bilmirdilər.



İş adamı qəzetin Rusiyada özünü neçə hiss etməsi barədə sualına da cavab verib. O, deyib ki, insan ömrünün böyük hissəsini vahid bir dövlətdə keçirəndə onun dağılmasından sonra da yad ölkəyə köçdüyü barədə hissləri olmur. “Başqa hiss yaranır – sənin arxanda nə isə təkraraolunmaz, anlaşılmaz hadisə baş verib – bu körpünün dağılmasına bənzəyir.




İş adamı Araz Ağalarov






Mən heç vaxt düşünməmişəm ki,


Moskva


mənim üçün yaddır, Bakı isə doğma. Mənim nəslimdən olanların çoxu hər hansı keçmiş sovet ölkəsini yox, bütün keçmiş


Sovet İttifaqını


öz vətəni hesab edir”.




“Crocus City” şirkətinin prezidenti öz arzu və istəklərində də bəhs edib. O, bütün insanların son ana kimi nə haqqındasa arzuladıqlarını deyib. “Mənim konkret uzunmüddətli planlarım yoxdur. Amma başımda daima çoxsayda düşüncə və plan olur. Və bu planlar formalaşıb bitəndə mən onları reallaşdırmağa çalışıram”.




Müsahibənin tam mətni ilə


burada


tanış ola bilərsiniz.




Araz Ağalarovun şəxsi arxivindən

Paylaş: