Dünya çempionatında “Bavariya” ordusu: 18 futbolçu çağırıldı

Almaniyanın “Bavariya” klubu 2026-cı il dünya çempionatında geniş heyətlə təmsil olunacaq.

42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisinin 18 futbolçusu müxtəlif milli komandaların heyətinə çağırılıb.

Ən çox “Bavariya” futbolçusu Almaniya millisində yer alıb. Bundestimə Manuel Noyer, Yozua Kimmix, Conatan Ta, Leon Qoretska, Aleksandar Pavloviç, Camal Musiala və Lennart Karl dəvət alıb.

Fransa millisində Dayo Upamekano və Maykl Olise, Seneqal yığmasında isə Nikolas Cekson və Bara Sapoko Ndiaye “Bavariya”nı təmsil edəcək.

Bundan başqa, Harri Keyn İngiltərə, Alfonso Devis Kanada, Luis Dias Kolumbiya, Yosip Stanişiç Xorvatiya, Hiroki İto Yaponiya, Kim Min Ce Cənubi Koreya, Konrad Laymer isə Avstriya millisinin heyətində mundialda çıxış edəcək.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.