Search for:

İran azərbaycanlıları sakitləşmir (FOTO)

Paylaş:

42-ciparalel.az

Aksiyalardan biri Ərdəbildə Mühəqqiq Univeristetində baş tutub.


İranın


dövlət televiziyasında azərbaycanlıların təhqir olunmasından sonra başlayan


mitinqlər


bu gün də davam edib. M


itinqlər əsasən univeristet tələbələri tərəfindən təşkil edirlir.



Belə aksiyalardan biri Ərdəbildə Mühəqqiq Univeristetində baş tutub. Tələbələr əllərində


İngilis





Fars


dillərində plakatlar tutublar. Mitinqdə ümümilikdə necə nəfərin iştirak etməsi barədə məlumat yoxdur.



Mühəqqiq Univeristetində təşkil edilən mitinq


Bir necə gün əvvəl İranın dövlət televiziyasında yayımlanan “Fitile” adlı proqramda ölkədə yaşayan azərbaycanlılar təhqir olunub.


Bu səbəbdən İranın


Təbriz


,


Zəncan


,


Marağa


,


Ərdəbil


və digər böyük şəhərlərində etiraz aksiyaları təşkil edilib. Mitinqlarda polislə etrazçılar arasında qarşıdurma yaranıb. Ötən gün baş tutan aksiyada bir azərbaycanlı öldürülüb.


Əli Əkbər Murtaza oğlunun


Qərbi Azərbaycan


vilayətinin Urmiya şəhərində öldürüldüyü bildirilir.


Əli Əkbər aksiyada iştirak etdiyi vaxt polis və təhlükəsizlik qüvvələri etirazçılara hücum edib. O, yaranan qarşıdurma zamanı aldığı zərbədən həyatını itirib.


Etiraz aksiyaları Güney Azərbaycanın Təbriz, Urmiyyə, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Haray, haray, mən Türkəm”,”Ölüm olsun rasizmə”, kimi şüarlar altında keçirilib.



Ötən gün təşkil edilən mitinq


Azərbaycanlıları təhqir edən veriliş isə İran Radio və Televiziya Qurumunun qərarı ilə bağlanıb.


Qurumun rəhbəri Məhəmməd Serafraz bu hadisəyə görə üzr istəyib. “Proqramdakı təhqirə görə İranda yaşayan azərbaycanlılardan üzr istəyirəm.


İranda azərbaycanlıları ayağa qaldıran veriliş bağlanıb


və məsul şəxslərin cəzalandırılması işləri başlayıb”.



“Fitile” verlişinin aktyorları


Bundan başqa “Fitile” komediya proqramı işçilərinin işinə son verildiyini, “Kanal 2″nin rəhbər şəxslərindən olan 3 nəfərin də vəzifəsindən uzaqlaşdırldığını deyib. Adıçəkilən proqramın aktyorları Məhəmməd Muslimi, Əli Furuten və Hamid Güli də açıqlama yayaraq azərbaycanlıları təhqir etmək niyyətində olmadıqlarını deyib, azərbaycanlılardan üzr istəyiblər.


Paylaş: