Millimiz növbəti matçlarını keçirəcək

Bu gün Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol üzrə milli komandası Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda növbəti oyunlarına çıxacaq.
42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, A qrupunda yer alan yığmamız Çexiya ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:05-də start götürəcək.
Millimiz günün ikinci matçında Polşa seçməsi ilə qarşılaşacaq. Bu görüş saat 20:55-də başlayacaq.
3×3 basketbol üzrə Dünya Kubokuna iyunun 7-də yekun vurulacaq.
