UEFA qərar verməyə hazırlaşır: KLUB AVROKUBOKLARDAN KƏNARLAŞDIRILACAQ

UEFA daha bir klubu avrokuboklardan kənarlaşdırmağa yaxındır.
42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, qurum “Marsel”in 2026/27 mövsümündə Avropa turnirlərində iştirakına qadağa qoya bilər.
Bu barədə “L’Equipe” nəşri məlumat yayıb.
Buna səbəb “Marsel”in son üç mövsümü 157 milyon avro itki ilə başa vurub. Lakin UEFA-nın Maliyyə Ədalətli Oyunu qaydalarında üç mövsüm ərzində maksimum 60 milyon avro itki yaşana biləcəyi qeyd olunur.
Hazırda UEFA tərəfindən araşdırma davam edir. Qurum Fransa təmsilçisinin işinə nəzər yetirir.
Qeyd edək ki, “Marsel” ötən mövsümün nəticələrinə görə Avropa Liqasına vəsiqə qazanıb.
