Search for:

Ronaldodan etiraf: “Qızıl top”u Messi qazanacaq”

Paylaş:

42-ciparalel.az

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo maraqlı etirafı ilə diqqət mərkəzinə düşüb. ITV-də yayımlanan “The Jonathan Ross Show” proqramının qonağı olan portuqaliyalı forvard bildirib ki, bu il “Qızıl top” mükafatını Lionel Messi qazanacaq:



“Bu cür mükafatlarda qazanılan kuboklar önəmlidi. Mən karyeramın ən yaxşı ilini keçirdim və Avropanın ən sərrast futbolçusu oldum. Messi La Liqanı ve Çempionlar Liqasını qazandı. Mükafatı da o qazanacaq”.




Argentinalı ilə aralarında heç bir problem olmadığını dilə gətirən Ronaldo sözlərinə belə davam edib:




“8 ildi diqqət mərkəzində sadəcə ikimizik. Bu, yaxşı bir şeydi. Yaxşı münasibətimiz var. Köhnə dostlar deyilik, ancaq bir-birimizə hörmət edirik”.




Ronaldo “Qızıl top”u yenidən qazanacağına əmin olduğunu da qeyd edib.

Paylaş: