Nebenzya: “Rusiya T İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazırdır”

Rusiya Tehran rəsmi şəkildə belə bir müraciət edərsə və bu şərt İranın Vaşinqtonla əldə edəcəyi razılaşmanın bir hissəsi olarsa, İranın zənginləşdirilmiş uranını ölkədən çıxarmağa hazırdır.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyanat verib.
Onun sözlərinə görə, Moskva belə bir addımı nüvə məsələsinin nizamlanmasının mümkün elementi kimi nəzərdən keçirir və tərəflər danışıqlar zamanı bu barədə razılığa gələrlərsə, vasitəçi qismində çıxış etməyə hazırdır.
