Məşhur aktyora şok etiraz: Qadınlar onu kafedən qovdular

Keçmiş sevgilisi Dəniz Bulutsuza zorakılıq tətbiq etdiyi üçün mühakimə olunduğu işdə cəzası təsdiqlənən və 45 gün həbsdə yatacağı dəqiqləşən Ozan Güvən Kadıköydə qadınların sərt etirazı ilə qarşılaşıb.

42-ciparalel.az Kulis.az-a istinadən xəbər verir ki, həmkarı Mehmet Aslantuğ ilə birlikdə kafedə əyləşən aktyor oranı tərk etməyincə hadisə daha da böyüyüb.

Məşhur aktyorun məkanda olduğunu görən qadınlar “Günahkarlar çölə!” kimi şüarlar səsləndirərək ona kəskin reaksiya veriblər. Etirazlara baxmayaraq, bir müddət masada əyləşməyə davam edən məşhur sənətçi daha sonra məkanı tərk etmək məcburiyyətində qalıb. Güvənə qarşı edilən bu etirazın videogörüntüləri qısa zamanda sosial mediada da geniş müzakirə mövzusuna çevrilib.

​Bir saatlıq müqavimət və gərginlik
​Ozan Güvənə etiraz edən vətəndaşlardan biri hadisəni öz sosial media hesabında ətraflı şəkildə izah edib. O, əvvəlcə Ozan Güvənin, Mehmet Aslantuğ və bir qadın rəfiqəsi ilə oturduğu masaya yaxınlaşdığını, lakin bu zaman Güvənin ayaqyolunda olduğunu bildirib. Daha sonra həmin şəxs aktyorlara onları bu məkanda görmək istəmədiklərini açıq şəkildə söyləyib.
​Vətəndaşın sözlərinə görə, onlar bir neçə dəfə masaya yaxınlaşaraq aktyorlardan məkanı tərk etmələrini xahiş ediblər. Lakin heç bir reaksiya verilmədiyini gördükdə kütləvi etiraz başlayıb. İddialara görə, Güvən əvvəlcə kafedən çıxmaqdan imtina etsə də, təxminən bir saat davam edən gərginlikdən sonra oranı tərk etməyə məcbur olub.