Search for:

İnternetin kəsilməsi bankomat və POS-terminallarda problem yaradıbmı?

Paylaş:

42-ciparalel.az

Ötən gün Azərbaycanda internetin kəsilməsi bankomatların və POS-terminalların işində ciddi problem yaratmayıb.

Bunu “AzeriCard” prosessinq mərkəzi bildirib.

“AzeriCard”dan bildiriblər ki, bankomat və POS-terminalların işində qısamüddətli nasazlıq yaranıb, çünki prosessinq mərkəzində xidmət edilən bankomat və POS-terminalların böyük hissəsi GPRS xidmətinə qoşulub. Lakin sonra onların işi bərpa edilib.

Mərkəzdən qeyd ediblər ki, müştərilər tərəfindən kartlarla bağlı yaranmış problemlər üzrə heç bir müraciət daxil olmayıb.

Paylaş: