Search for:

Ağ evdə rüşvət hallarını sübut edən səs yazıları dərc edilib

Paylaş:

42-ciparalel.az

ABŞ-da ağır xəstə insanlara verilməli olan milyardlarla dollar müxtəlif təşkilatların hesabına köçürüldü.


WikiLeaks


saytında


Ağ evdə


rüşvət hallarını sübut edən


səs yazıları dərc edilib.



30 saatlıq səs yazısı və


stenoqramlarda




ABŞ


hakim dairələrinin danışıqları qeydə alınıb.


Onların içərisində 13 nəfər dövlət qulluqçusu da var. Onların 10-u hazırki prezident


Barak Obama,


3-ü isə onun sələfi


Corc Buşun


dövründə fəaliyyət göstərib.


Həmin materiallardan məlum olub ki, rüşvət halları fiziki imkanları məhdud olan şəxslərə ödənilməli olan yardımla bağlı olub.


Belə ki, 3 milyard dollar 50 min insana ödənilməli olduğu halda, hər il onun 2,3 milyard dolları


“SourceAmerica”


təşkilatı vasitəsilə digər tərəfdaşlara ötürülür.


Bunu etmək üçün təşkilat hər il ağır xəstəliyi olan insanlar əvəzinə yüngül səviyyəli əlilliyi olan insanları qeydiyyatdan keçirir və onlara da daha az sosial yardım ödəyib.


Beləliklə, hər il ağır xəstə insanlar yardımsız qalıb, milyardlarla dollar isə müxtəlif təşkilatların hesabına köçürülüb.


Məlumat üçün bildirək ki, WikiLeaks qeyri-kommersiya təşkilatıdır və saytında məxfi materialları dərc edərək ictimailəşdirir. Həmin məlumatlar anonim mənbələrdən və ya məlumat sızması nəticəsində əldə edilir. Saytın yaradıcısı isə avstraliyalı internet-jurnalist və teleaparıcı


Culian Assancdır.



Culian Assanc – WikiLeaks saytının yaradıcısı


Yaradıcıları saytın fəaliyyətə başladığı 2006-cı ildə 1,2 milyon sənəd toplandığını bildiriblər. Adının WikiLeaks olmasına baxmayaraq, sayt viki-sayt hesab edilmir. Yəni sayta daxil olanlar orada yerləşdirilən məlumatlarda heç bir dəyişiklik edə bilmirlər. Bununla belə, əlində məlumat olan istənilən şəxs məlumatını redaksiyaya göndərərək anonim mənbə ola bilər.


Paylaş: