Ot tayasında yanğın baş verdi (FOTO)
42-ciparalel.az
Kənd sakininə məxsus 1000-ə qədər ot bağlaması yandı
Tərtərin
Poladlı
kəndində Şakir Salahova məxsus həyətyanı sahədə olan ot tayasında yanğın baş verib.
Ev sahibi əvvəlcə qonşuların köməyi ilə yanğının qarşısını almağa çalışsa da güclü gülək nəticəsində alov qısa zamanda bütün tayanı bürüyüb.

Ot tayası yanır
Yanğının yaxınlıqdakı qaz borusunda partalyış törədə biləcəyindən ehtiyat edən kənd sakinləri, Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə müraciət edib. Əraziyə
Bərdə
və Tərtər rayon yanğından mühafizə hissəsinin əməkdaşları cəlb edilib. Alovun yaxınlıqdakı evlərə və digər ot tayalarına keçməsinin qarşısı alınıb.

Yanğın söndürülür
“Qapıda işləyirdim, saat 1 radələrində olardı baxdım ki, ot tayası qəfildən alovlandı. Qonum-qonşunu çağırdım söndürə bilmədik”- deyə ev sahibi Şakir Salahov bildirib. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Ot tayası külə döndü
Ev sahibi 1000-ə yaxın ot bağlamasının kül olduğunu və təqribən 2000 manat ziyan dəydiyini deyir. Hazırda FHN-nin əməkdaşları yanğının baş vermə səbəblərini araşdırır.