Avropada Bakının davamçısı seçilir
42-ciparalel.az
Bu Avropa Olimpiya Komitəsinin iclasında müzakirə olunacaq.
İkinci
Avropa Oyunlarının
keçiriləcəyi namizəd ölkələrin siyahısı hazırlanmaqdadır. B
u barədə
Milli Olimpiya Komitəsinin (MOK)
mətbuat xidmətindən məlumat verilib. Namizəd ölkələrin siyahısı
Beynəlxalq Avropa Olimpiya Komitəsi (BAOK)
tərəfindən hazırlanma prosesi həyata keçirilir.
Ona görə də yaxın zamanlarda İkinci Avropa Oyunlarının keçirilməsinə namizəd ölkələrin adlarının açıqlanacağı gözlənilir.
Bu ilin 18-21 noyabr tarixlərində
Çexiyanın
Praqa
şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 44-cü Baş Assambleyası keçiriləcək.
Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə,
Azərbaycan Respublikası Gənclər və İdman nazıri
Azad Rəhimov
, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva və digərləri iştirak edəcəklər.
Tədbirdə həmçinin 2016-cı il
Rio de Janeiro
Yay Olimpiya Oyunları
və 2020-ci il
Pekin
Qış Olimpiya Oyunlarının
Təşkilat Komitələrinin hesabat çıxışları, yeniyetmələr arasında 2016-cı il
Lillehhammer
Qış Olimpiya Oyunları da müzakirə olunacaq.

Birinci Avropa Oyunlarının loqosu
Həmçinin, 2021-ci ildə keçiriləcək
Avropa
Yeniyetmələrinin Olimpiya Festivalının namizəd ölkələrinin siyahısı açıqlanacaq. Assambleyada Avropa Olimpiya Komitəsinin 45-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı də məluma olacaq.
Bakı-2015 – Birinci Avropa Oyunları bu ilin iyun ayının 12-28 tarixlərində
Azərbaycanın
paytaxtı
Bakıda
keçirilmiş, bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarıdır.Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışlara qatılıb.
Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində,
Romada
baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildə bir keçirilməsi planlaşdırılır, növbəti oyunlar 2019-cu ildə baş tutacaq.

“Bakı-2015” Birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi