Talassemiya Mərkəzinin xəstələri aksiya keçirdi
42-ciparalel.az
Etiraz edənlər ölüm hallarının artmasından şikayət edirlər.
Paytaxtda
Respublika Talassemiya Mərkəzinin qarşısında etiraz aksiyası başlayıb. O
nların etiraz etməsinə səbəb, xəstəxanada onların sağlamlığı üçün kifayət qədər şəraitin yaradılmaması və ölüm hallarının artmasıdır. Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Məsələ ilə bağlı Respublika Talassemiya Mərkəzinin mövqeyini öyrənmək istəsək də, telefona cavab verən məsul işçi dəstəyi kənara qoydu və bundan sonra zənglərə cavab verən olmadı.
Səhiyyə Nazirliyinin
mətbuat xidmətindən isə məsələdən xəbərdar olmadıqlarını, araşdırılacağını və bundan sonra hansısa bir məlumat verilə biləcəyini bildirdilər.