Ramzan Kadırov sosial şəbəkə vasitəsilə sürücülərə xəbərdarlıq etdi
42-ciparalel.az
O, İnstagram səhifəsində yol hərəkəti qaydalarını pozanlardan danışıb.
”
Qudermesdən
Azərbaycana
və
Dağıstana
maşınlar böyük axınla hərəkət edirlər. Təəssüf ki, sürücülərin böyük bir qismi yol hərəkəti qaydalarına riayət etməyə meylli deyillər. Bu isə faciəvi nəticələrə gətirib çıxarır”, – yazan Ramzan Kadırov ümumilikdə yol nəqliyyat hadisələrinin azaldığını deyib

Ramzan Kadırov – Çeçensitanın prezidenti
Ümumiyyətlə, Ramzan Kadırov sosial şəbəkədəki paylaşımları və öz qeyri-adi hərəkətləri ilə tez-tez gündəmə gəlir. Daha əvvəl o, bölgələrə səfər edərkən küçə süpürən xadimələrlə rastlaşıb. Kadırov onlarla bir müddət söhbət edəndən sonra qadınlarla birlikdə küçə süpürüb.
İnternetdə paylaşılan həmin görüntülər qısa müddət ərzində geniş kütlə tərəfndən izlənib.
Ramzan Kadırovun süpürgəçi qadınlarla söhbəti
Prezidntin ona yaxınılığı ilə seçilən repçi
Timati
ilə də maraqlı video görüntüləri var. Görüşlərinin birində Kadırov və Timati döyüşüb. Daha sonra onlar birlikdə kabab çəkiblər.
Ramzan Kadırovla Timatinin döyüşü
Azərbaycanlı kikboksçu
Zabit Səmədovun
da Ramzan Kadırovla yaxın münasibətləri var. Çeçenistan lideri Zabit Səmədovla rinqə çıxıb, onunla əlbəyaxa olub. Həmin video görüntünü oxuculara təqdim edirik: