Məşhur aparıcı Azərbaycanın əxlaqsız “kuklaları”ndan danışdı (VİDEO,FOTO 18+)
42-ciparalel.az
“İstənilən qız uşağı oynayan otaqda belə səhnələr görmək olar”.
Rusiyanın
məşhur teleaparıcısı
İvan Urqant
öz verilişi “Veçerniy Urqant”da bir neçə gün öncə qalmaqala səbəb olan
azərbaycanlı rəssamlardan
danışıb.
3 uşaq atası olan aparıcının mövzusu Azərbaycan rəssamlarının Rusiyanın
Perm
vilayətində keçirilmiş “Şəkər dağları. Neft sahilləri” adlı sərgi, daha doğrusu əxlaqsız olduğu iddia edilən kuklar olub.
Məşhur teleaparıcının fikrincə, sərgidə bu cür gəlinciklərin quraşdırmasını əxlaqsızlıq hesab etmək olmaz. “Burda nə var ki? Qız uşaqları olan istənilən evdə gəlinciklərin belə instalyasiyasını görmək olar. Bəzən mənim qızlarımın otağında şkaflarda gəliciklər elə formada atılır ki, mən belə utanıram”.
Urqant azərbaycanlı rəssamları qınamağın gərəksiz olduğunu deyib. Əgər sərgi, nəyin harada olması kiminsə xoşuna gəlmirsə gələn dəfə qarışıqlığı yığışdırmağa kömək etsin.
“Veçernıy Urqant” verilişi (ilk 4 dəqiqə)
