Search for:

Castin Timberleyk dünyanın ən seksual atası seçilib ( FOTO )

Paylaş:

42-ciparalel.az

Müğənni atalıq hissinin möhtəşəm bir şey olduğunu deyib.


Castin Timberleyk

dünyanın ən seksual atası seçilib.


Məşhur

“People”

jurnalı ilin ən seksual kişisinin adını açıqlayıb. Məşhur müğənni Castin Timberleyk 2015-ci ilin “ən seksual ata”sı seçilib.




Sənətçi etiraf edib ki, 7 aylıq oğlu Saylas Rendap həyatının ən böyük hədiyyəsidir. “Mən həyatımda hələ bu qədər az yatmamışam və bununla çox razıyam”.




Ulduz müğənni atalıq hissinin möhtəşəm bir şey olduğunu deyib. Müğənnin oğlunun ilk sözünün “ata” olması xoşbəxt atanı daha da qürurlandırıb.







Castin Timberleyk oğlu Saylas Rendap. İfaçının “İnstaqram” hesabı




“People” jurnalı bir neçə gün əvvəl “İlin ən seksual” kişisi olaraq

“Mançester Yunayted”in

əfsanəvi sabiq sutbolçusu

Devid Bekhemi

seçib.







Devid Bekhem – Əfsanəvi futbolçu




Castin Timberleyk 31 yanvar 1981-ci ildə anadan olub, 6

Qremmi

mükafatı var. Hal-hazırda Amerikanın ən məşhur müğənni və aktyorlarından biridir. JT olaraq da tanınır. İlk dəfə

N Sync

qrupu vasitəsilə məşhur olub. 2002-ci ildə isə “Justified” albomu ilə solo karyerasına başlayıb. “People” jurnalı tərəfindən 2005-ci ildə “Dünyanın ən yaraşıqlı kişisi” adına layiq görülüb.

Paylaş: