Search for:

Smartfonlar yuxusuzluq yaradır

Paylaş:

42-ciparalel.az

Smartfonlar yuxusuzluğa səbəb olan mühüm amil
adlandırılıb. Yatmazdan əvvəl bir çox insanlar poçtu yoxlayır, SMS mesajları
oxuyur, sosial şəbəkələrdə mesaja cavab verirlər. Nəticədə cihazı çarpayısının
yaxınlığında yerləşdirmiş istifadəçilər yata bilmirlər.

Gecənin bir anı oyanıb telefonu yoxlayırsınızsa, siz gördüklərinizlə bağlı mütləq
narahatlıq hiss edəcək və gərginlik keçirəcəksiniz – Kaliforniya universiteti
yanında Yuxu Pozulmaları Mərkəzinin direktoru doktor Devid Kleman deyib. Həkimin
sözlərinə görə, məhz mobil qurğular yuxu ilə bağlı şikayətlərin artmasına səbəb
olub.

Harvard Tibb Məktəbindən nevroloq Orfyu Bakston, həmçinin hesab edir ki, yataq
otağında smartfon və ya planşetin mövcudluğu yatmağa mane olan həyəcanın səbəbi
ola bilər. Bu o deməkdir ki, siz heç vaxt yuxuya getmirsiniz və ayıqsınız, bu
isə yuxusuzluğun əsl əlamətləridir

– Bakston deyib:

2013-cü ildə Facebookun sifarişilə IDC Research tərəfindən
keçirilmiş sorğuya əsasən, ABŞ-da smartfon sahiblərinin 44%-i cihazdan zəngli
saat kimi istifadə edirlər. Gecə vaxtı bilmək üçün cihaza baxan smartfon sahibləri
tvit və YouTubeda çarxları izləyərək yuxusuz qalırlar. Həkimlər belə hallarda
Wi-Fi-sız və tətbiq quraşdırıla bilməyən ucuz zəngli saat almağı, planşet və ya
iPhoneu başqa otaqda enerji ilə doldurmağı tövsiyə edirlər.

Paylaş: