Bakıda yarmakaların sayı artırılır ( SİYAHI )
42-ciparalel.az
Yamarkalar süni qiymət artımının qarşısını alır
Paytaxtda fəaliyyət göstərən kənd təsərrüfatı yarmarkalarının sayı daha da artırılacaq.
Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib ki, ən böyük kənd təsərrüfatı məhsullarının satış yarmarkaları iki həftə əvvəl
Sumqayıt
və
Xırdalan
şəhərlərində açılaraq sakinlərin ixtiyarına verilib. Bu isə onu göstərdi ki, yarmarkaların sayının artırılmasına daha da ehtiyac var:
“İlin sonuna qədər yarmarkaların sayının 10-a çatdırılması nəzərdə tutulur. Danışıqlar aparılır ki, əhali üçün daha səmərəli olan yerlərdə yarmarkalar təşkil olunsun”.
Qurum rəsmisinin xəbərinə görə, yarmarkaların fəaliyyəti yalnız insanların kənd təsərrüfatı məhsullarına olan ehtiyacını ödəmir. Bu həm də bazarda süni qiymət artımının da qarşısını alır. Eyni zamanda fermerlər istehsaldan gəlir əldə etmək imkanı qazanırlar.
Murtuzəli Hacıyev bildirib ki, bu həmdə bəzi insanlar üçün iş yeri hesab oluna bilər:
“Çünki, onlar həm öz mallarını satırlar, həm də bu işdən bəhrələnirlər. Alıcı isə uzaq məsafə qət etmədən ucuz və keyfiyyətli məhsul əldə edə bilir. Yarmarkalarda həmçinin nazirliyin əməkdaşları və
Dövlət Baytarlıq Xidmətinin
əməkdaşları cəlb olunub. Qarşıdan gələn Yeni İllə əlaqədar olaraq sakinlərin rahatlığı üçün yarmarkaların çox yerlərdə təşkilinə başlanılacaq”.
Qeyd edək ki, hazırda yarmarkalar 5 ünvanda fəaliyyət göstərir:
Növbəti dəfə Yasamal və Nəsimi rayonlarında da kənd təsərrüfatı məhsullarının satışı təşkil ediləcək.