Göyçayda əlil damarlarını doğradı
42-ciparalel.az
Ailə üzvləri 2-ci mərtəbədə yaşadıqları üçün hadisədən gec xəbər tutublar.
Göyçay rayonunda
intihar baş verib. 2-ci qrup əlil damarlarını doğrayıb.
Hadisə rayonun
Bığır kəndində
qeydə alınıb.
Kənd sakini 1969-cu il təvəllüdlü Azər Seyfalı oğlu Alməmmədov hər iki qolunun damarlarını yaşadığı evin birinci mərtəbəsində bıçaqla kəsib. Ailə üzvləri evin 2-ci mərtəbəsində yaşadıqları üçün hadisədən gec xəbər tutublar. Onlar aşağı mərtəbəyə düşdükdə Azər Alməmmədovun damarlarını doğradığını və çoxlu qan itidiyi üçün hadisə yerində öldüyünü görüblər.
Prokurorluqdan hadisəyə ilkin ehtimal kimi, Alməmmədovun onun nevroz (əsəb xəstəsi) olduğunu və bu səbəbdən özünü öldürdüyünü bildirdilər.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bir müddət əvvəl də
Şəki
sakini
intihar məqsədi ilə damarlarını kəsmişdi.
Şəki rayonu ərazisindəki şadlıq evlərinin birində qeydə alınmışdı. Şəhərin Aşıq Cümə küçəsi, ev 4 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Seymur Zülfüqar oğlu Nəbiyev şadlıq evində keçirilən toy məclisində alkoqollu içki içərək sərxoş olduqdan sonra naməlum səbəbdən əsəbləşərək belə bir addıma əl atmışdı.
Hadisəni görən qonaqlar S.Nəbiyevə mane olaraq şüşə parçasını onun əlindən almış və xəstəxanaya çatdıraraq Seymurun həyatını xilas etmişdilər.