İranda iki silahlı qrup zərərsizləşdirilib
42-ciparalel.az
İran
xüsusi xidməti iki terror qruplaşmasını zərərsizləşdiriblər. Q
ruplar anti-terror əməliyyatı nəticəsində aşkar olunaraq zərərsizləşdiriliblər. Terrorçuların üzərindən çox sayda partlayıcı qurğu, silah və döyüş sursatı aşkar olunub.
Press TV-nin İran milli təhlükəsizlik və kəşviyyat nazirliyinə istinadən verdiyi məlumatına görə, bir qrup ölkənin şərqində
Sistan və Belucistan əyalətində
aşkar olunub. Silahlılar İranın şərq sərhədləri yaxınlığında yerləşən İranşəhr şəhərində 10 partlayıcı qurğu partlatmağı planlaşdırıblar. Partlayıcı qurğuların ümumi çəkisi 150 kq. təşkil edib.
Terrorçuların ikinci qrupu Qərbi Azərbaycan əyalətində zərərsizləşdirilib. Bu qrupdanda küllü miqdarda döyüş sursatı götürülüb. Ölkə rəhbərliyi silahlı qrupların İran ərazisində terror aktları törətməyi planlaşdırdığını açıqlayıb.
Daha əvvəl İranın İraqla sərhədində yerləşən Kermanşah əyalətində
İŞİD
terror qruplaşması ilə əlaqəli olan bir qrup zərərsizləşdirilib. İran İslam inqilabı keşikçilərinin məlumatına görə, son 2 ildə qonşu
İraqdan
İrana bir neçə dəfə İŞİD üzvlərindən ibarət qrupların keçməsinin qarşısı alınıb.