Search for:

Rusiyanın Türkiyədən üç tələbi var

Paylaş:

42-ciparalel.az

Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq


Sergey Markov


Ankara ilə Moskva arasında gərginliyin azaldılması üçün 3 tələb irəli sürüb.



Sergey Markov iki ölkə arasındakı buzların nə zaman əriyəcəyi barədə ciddi açıqlamalar verib.




Su-24 təyyarəsinin


vurulmasından sonra


çox şeyin 180 dərəcə dəyişdiyini deyən Markov bildirib ki, Moskva bu hadisəyə qədər Ankaranı dost ölkə olaraq görürdü.




“Ancaq təyyarəmiz vurulursa, pilotumuz öldürülürsə, biz bunu dost olaraq deyil, düşmən addımı kimi dəyərləndiririk. Türkiyəni idarə edənlərin bir çox səhvlərinin olduğunu biz daha öncə də görürdük. Lakin Türkiyə ilə çox yaxın münasibətlərimiz olduğu üçün bunları açıq şəkildə dilə gətirmirdik. Arıtq bu atmoster pozulduğu üçün, Türkiyə rəhbərliyinin səhvlərini açıq-aşkar deməymiz üçün heç bir maneə yoxdur”, deyə Markov bildirib.




Sergey Markov – Putinin səlahiyyətli nümayəndəsi




Bununla yanaşı, Putinin yaxın adamı Markov Rusiya ilə Türkiyə arasında mövcud olan gərginliyin müharibə ilə nəticələnməyəcəyini deyib.




“Türkiyə və Rusiya arasında müharibənin olmasını heç kim istəmir. Digər tərəfdən isə təhlükəli vəziyyət yaranıb. Suriyada həm Türkiyə, həm də Rusiya öz varlığını göstərməyə çalışır. Hətta Türkiyədə bəzi siyasətçilər Azərbaycanı


Dağlıq Qarabağa


hərbi müdaxilə etməyə təşviq edir. Halbuki, Azərbaycan və Ermənistan arasında müharibə başlayarsa, Rusiya Ermənistanla bağladığı müqavilələr çərçivəsində Dağlıq Qarabağa müdaxilə etmək məcburiyyətində qalacaq. Bu təhlükələr qarşısında son dərəcə soyuqqanlı olmaq lazımdır”, deyə Markov bildirib.




Rusiya ilə Türkiyə arasında iqtisadi müharibənin pik həddə çatmasınin iki ölkənin iqtisadiyyatına böyük ziyan vurduğunu deyən Sergey Markov deyib ki, Rusiya prezidenti Vladimir Putin ölkələr arasında uzlaşma formulunu təklif edib



Rusiyanın Türkiyədən 3 tələbi:



1.



Təyyarənin Suriya hava məkanında vurulması qəbul edilməlidir. Təyyarənin

pilotları katapult edərək


paraşütlə Suriya torpaqlarına düşüblər. Bu, təyyarənin Suriyada olarkən vurulduğunu isbat edir.

Paylaş: