Search for:

Türklər Avropaya vizasız gedəcək

Paylaş:

42-ciparalel.az

Bu barədə Brüsseldə baş tutan sammitdə müzakirə aparılıb.


Türkiyə


Avropaya miqrant probleminin həllində kömək edərsə,


Avropa İttifaqı (Aİ)


bu ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq edəcək.

Aİ Türkiyəyə vizasız rejimin hazırlamasında maliyyə köməkliyi etməyə söz verib. Əvəzində isə Ankara öz ərazisindən


Avropaya


axın edən miqrantların qarşısını almaq üçün əlindən gələni etməlidir.

Brüsseldə


Aİ rəhbəri və Türkiyənin baş naziri


Əhməd Davudoğlu


arasında baş tutan danışıqların nəticələrinə əsasən, tərəflər Türkiyəyə 3 milyard avro dəyərində maliyyə yardımı verilməsi haqqında razılığa gəliblər. Bu yardım Türkiyə ərazisindən


Yunanıstana


, oradan isə Aİ ölkələrinə gedən


Suriyadan


olan qaçqınlara verilməlidir. Əslində, bu Ankaranın Aİ-a məsələ ilə bağlı ilk müraciəti deyil, bundan əvvəl də


Ankara


Aİ-na ona maliyyə cəhəddən kömək etməsini təklif etsə də, bu razılaşma heç cür baş tutmurdu.



Əhməd Davudoğlu – Türkiyənin baş naziri


İndi isə Avropa mərmurları bu məsələ ilə bağlı yeni bəyanat hazırlayıb. Bəyanata görə, Avropa ölkələrinə getmək istəyən türk vətəndaşı bu səfəri vizasız həyata keçirə bilər. Bu fürsət türklərə 2016-cı ilin oktyabr ayına kimi verilir. Lakin əvəzində Türkiyə


Əfqanıstan


,


Pakistan


,


Suriya


və digər müharibə ərazilərində yaşayan miqrantların Avropaya keçməsinin qarşısını almalıdır, sərhədləri möhkəm qorumalıdır.



Avropaya üz tutan qaçqınların ölkələri


Jurnalistlərə açıqlamasında Əhməd Davudoğlu Brüsseldəki danışıqların nəticələrini Türkiyə üçün tarix adlandırıb və eyni zamanda, vurğulayıb ki, Ankara miqrant axının qarşısının tam dayandırmağa zəmanət verə bilmir. Buna səbəb kimi hal-hazırda gedən müharibəni misal gətirən baş nazir, qeyd edib ki, Türkiyə qaçqınların qarşısını almaq üçün əlindən gələni edəcək.


Görüşdən sonra Avropa Komissiyasının rəhbəri


Donald Tusk


onu da deyib ki, bu razılaşmanın əsas hədəfi Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq deyil, miqrantların qarşısını almaqdır.



Donald Tusk – Avropa Komissiyasının rəhbəri


Brüsseldə keçirilən sammitdə


Rusiya


ilə Türkiyə arasında münasibətlərin gərginləşməsi barədə müzakirələr aparılması da,


İrlandiyanın


baş naziri


Enda Kenni


Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasının Aİ-da ciddi narahatlığa səbəb olduğunu bildirib.



Enda Kenni – İrlandiyanın baş naziri


Rusiyanın Su-24 təyyarəsi Türkiyənin F-16 qırıcısı vasitəsilə noyabrın 24-də Suriya-Türkiyə sərhədində,


Lakatia


ərazisində vurulub. Türkiyə tərəfi “Su-24” təyyarəsinin Türkiyə ilə sərhədi pozduğu üçün vurulduğunu desə də, Rusiya bu iddiaları təkzib edir.


Paylaş: