Search for:

Davudoğlu: “Biz ruslara qarşı heç bir məhdudiyyət qoya bilmərik”

Paylaş:

42-ciparalel.az

Bu barədə Türkiyənin baş naziri Brüsseldə deyib.


Türkiyə


Rusiyaya

qarşı sanksiya irəli sürməyəcək. Bu barədə Türkiyənin baş naziri

Əhməd Davudoğlu


Brüsseldə


NATO-nun

baş katibi

Yens Stoltenberqlə

görüşü zamanı deyib.



“Biz ruslara qarşı heç bir məhdudiyyət qoya bilmərik. Rusiya xalqı bizim xalqın dostudur.


Antalya


rus üçün ikinci evdir, biz həmişə olduğu kimi, yenə də rus turistlərini ölkəmizdə gözləyirik”, – deyə baş nazir vurğulayıb.

Baş nazir xatırladıb ki, Türkiyə həmişə iqtisadi saksiyalara qarşı olub. “Rusiya həmişə özü bu sanksiyalardan əziyyət çəkib, indi isə bizə qarşı sanksiya tətbiq edib. Əslində, bu düzgün deyil. İqtisadi münasibətlər hər iki ölkə üçün əhəmiyyətlidir”, – deyə Ə. Davudoğlu əlavə edib.



Baş nazir, eyni zamanda, Rusiyanı dialoqa çağıraraq, gələcək münasibətləri müzakirə etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə höküməti sadəcə öz sərhədlərini qoruyur, onun hansısa ölkəyə qarşı heç bir qərəzliyi yoxdur.


Əhməd Davudoğlu, eyni zamanda, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bir müddət əvvəl dediyi sözlərini dəstəklədiyi bildirərərk, “biz heç kimdən üzr istəməyəcəyik” dedi. Biz öz vəzifəmizi yerinə yetirmişik. Biz sadəcə sərhər ərazilərimizi qoruyur və qorumağa da davam edəcəyik.


Noyabrın 28-də Rusiya prezidenti


Vladimir Putin


Türkiyəyə qarşı iqtisadi sansiyaların tətbiqi haqqında fərman imzalayıb. Fərmana görə, Rusiya ərazisinə idxal olunan bir sıra türk mallarına qadağa qoyulub.


Paylaş: