Search for:

Baş nazirin maraqlı corabları (FOTO)

Paylaş:

42-ciparalel.az


Nazirin bayrağa bənzəyən geyimi kameralara düşüb.


Dünyanın ən cazibədar nazirlərindən olan


Kanadanın


baş naziri


Castin Tryudo


yenə diqqət mərkəzinə düşə bilib. Bu dəfə onu maraq dairəsinə salan isə corabları olub.  O


,


Ottavada


nazirlərin toplantısında üzərində yarpaqlar əks olunmuş qırmızı corab geyinib.


Corabların bu qədər maraq oyatmasına səbəb isə onun Kanada bayrağına oxşarlığı olub.


Rəngi və bəzəyi ilə kameraların obyektivindən yayınmayan corablar növbəti dəfə Kanada baş naziri müzakirə mövzusuna çevirib.



Kanada baş nazirinin corabları



Kanada bayrağı


44 yaşlı Castin Tryudo bundan əvvəl Hindistan-Kanada assosiyasiyasının şənliyində hindli rəqqasələrlə rəqsi onu sosial şəbəkədə məşhurlaşdırıb.


Kanadanın tarixində


Co Klarkdan


sonra ikinci ən cavan baş nazir olan Tryudo


Monrealda


keçirilən tədbirdə


Hindistanın


milli geyimini geyinərək rəqs edib.


Castin Tryudonun hind rəqsi






Bundan öncə o qatıldığı


G-20 sammitində


ən çox diqqətçəkən şəxs olmuşdu. Belə ki, Antaliyada keçirilən sammitdə ən çox selfi çəkdirilən şəxs olmuşdu.






Kanadanın 15-ci baş naziri


Pyer Elliot Tryudonun


oğlu olan Castin Tryudo


Kanadanın Liberal Partiyasının


lideridir.






2015-ci ildə Kanadada keçirilən parlament seçkilərində partiyanın qalib gəlməsi ilə Castin Tryudo da bu il noyabrın 4-dən bu vəzifəni tutur.






Gənc nazir 2005-ci ildə keçmiş teleaparıcı və model


Sofi Qrequarla


ailə qurub. 2 oğlu və 1 qızı var.





Castin Tryudo ailəsi ilə birlikdə


Paylaş: