Search for:

Türkiyədə azərbaycanlı miqrant xilas edildi

Paylaş:

42-ciparalel.az

Ümumilikdə 26-30 noyabr tarixlərində keçirilən xilasetmə əməliyyatlarında 386 miqrant xilas edilib.


Türkiyənin




Çanaqqala


şəhərinin dəniz sahillərində 386 nəfər miqrant xilas olunub. X


ilas olunanlar arasında 1 nəfər


Azərbaycan


vətəndaşı da var.


Dənizdə boğulma təhlükəsi ilə üzləşən miqrantlar


Yunanıstan


Midilli adasına keçmək istəyiblər. Məlumata görə, xilasetmə əməliyyatları Türkiyənin Sahil Təhlükəsizlik Xidməti tərəfindən 26-30 noyabr tarixlərində həyata keçirilib.


Əməliyyatlar əsasən Çanaqqalanın Ayvacık Sivricə və Kadırğa burnları sahillərində keçirililib. Nəticədə 65


Əfqanıstan


, 1 Azərbaycan, 1


Dominikan Respublikası


, 2


İraq


, 6


Konqo


, 2


Mali


, 8


Senegal


, 14


Suriya


və 1


Uqanda


vətəndaşları xilas olunublar.


Təkcə bir rezin qayıqda 101 miqrant olub.


Həmçinin əməliyyatlar zamanı digər bir gəmidə 20


Myanma


, 9 İraq, 57 Suriya və 77


Pakistan


vətədaşları xilas edilərək müvafiq orqanlara təhvil verilib.



Son vaxtlar


Yaxın Şərqdə





Şimali Afrikada


baş verən silahlı münaqişələr nəticəsində


Avropaya


miqrant axını artıb. Bu səbəbdən ölkələr ciddi addımlar atmağa başlayıb. Miqrantlar əsasən Suriya, Əfqanıstan və digər münaqişə davam edən ölkələrdən Avropaya üz tuturlar. Avropa dövlətləri isə miqrantların ölkəyə daxil olmaması üçün öz sərhədlərini bağlayır. Bu isə qış aylarının yaxınlaşması ilə əlaqədar miqrantların işini çətinləşdirir.


Bundan əvvəldə


Egey dənizinin


Türkiyə və Yunanıstan sahillərində miqrant faciələri baş verib. Yunanıstanın Sisam (Samos) adası sahillərində baş verən son qəzada 6-sı uşaq olmaqla 7 nəfər həyatını itirib.



Dənizdə xilas olmağa çalışan miqrantlar


Məlumata görə, Bulamaç adası yaxınlarında iki miqrantın cansız bədəni tapılıb.


Digər bir gəmidə təhlükəli səyyahətə çıxan miqrantlar fırtınaya düşdüyü üçün qəza baş verib. Nəticədə 10 nəfər həyatını itirib. Bir qızın cəsədi isə dəniz sahilinə çıxıb.


Paylaş: