Search for:

“Qarabağ”a bir şad, bir də bəd xəbər

Paylaş:

42-ciparalel.az



“Qarabağ”ın zədəli futbolçusu Ansi Aqolli dekabrın 10-da “Anderlext”lə Belçikada baş tutacaq oyunu buraxa bilər.


Bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.


Təcrübəli çalışdırıcı bildirib ki, albaniyalı futbolçunun zədəsi ciddidi. Onun “Anderlext”lə oyunda oynayıb-oynamayacağı sual altındadı.


Əvəzində komandanın kapitanı Rəşad Sadıqovun vəziyyəti yaxşıdı. Böyük ehtimalla müdafiəçi Belçikada komandasına kömək edə biləcək.


Qeyd edək ki, komandanın digər üzvləri – Ælhərbi Əl-Jadeuyi və Reynaldo da uzun müddətdi ki, zədədən əziyyət çəkir və hər iki oyunçunun “Anderlext”lə görüşü buraxacağı dəqiqdi.

Paylaş: