Search for:

Dondurma yeməyin məncə vaxtı və zamanı olmaz

Paylaş:


42-ciparalel.az

Dondurmalar ev şəratində də hazırlana bilir və çox ləzzətli olur.



Qatılaşdırılmış südlə olan bu dondurma da həm görünüşü, həm dadı ilə göz oxşayır.




Lazım olan məhsullar:




– Qatılaşdırılmış süd – 380 qr



– Yoqurt – 200 qr



– Xama – 200 qr



– Vanilli şəkər – 8 qr




Hazırlanması:




1-ci mərhələ




Qatılaşdırılmış süd, qatqısız yoqurt, xama və vanilli şəkər götürülür. Şəkər xəstələri üçün olan qatılaşdırılmış süddən də istifadə oluna bilər, onun tərkibində fruktoza var və adi şəkər yoxdur.




Dondurma adətən uşaqlar üçün hazırlandığına görə yoqurt seçərkən uşaqlar üçün olan yoqurta üstünlük verə bilərsiniz. Xama kimi isə istənilən yoxlanılmış xamadan istifadə edə bilərsiniz.




2-ci mərhələ




Bütün bu məhsullar dərin qabda və ya mikser kasasında qarışdırılır. Alınan kütlə blender vasitəsilə biraz çalınır. Bu zaman kütlə köpüklü (воздушный) olmayacaq, ancaq daha yaxşı qarışacaq.




3-cü mərhələ




Alınan qarışıq səliqəli şəkildə formalara tökülür. Sonra çubuqlar yerlərinə yerləşdirilir. Əgər formalar yoxdursa, qarışığı plastik qaba da tökə bilərsiniz. Sonra qarışıq donması üçün soyuducuya qoyulur.




4-cü mərhələ




Dondurma dondurucu kamerada bir neçə saat ərzində saxlanılır.




Dondurmanı formalardan çıxarmaq üçün onu bir neçə saniyəlik qaynar suda saxlayın.

Paylaş: