Search for:

Xəzinə ilə dolu gəmi tapıldı

Paylaş:

42-ciparalel.az

3 əsr əvvəl itən gəmi qızıl, gümüş və zümrüdlə doludur.


Kolumbiyada


300 il əvvəl batmış xəzinə gəmisi aşkar edilib.



1708-ci ildə batmış San Xose adlı kapitana məxsus gəmi Kolumbiya sahillərində tapılıb. Güman edilir ki, gəmi qızıl, gümüş və zümrüdlə doludur.


Bu barədə Kolumbiya prezidenti


Xuan Manuel Santos


əvvəlcə öz şəxsi “Twitter” səhifəsində yazıb, daha sonra isə mətbuat konfransı keçirərək, məlumat verib.



Kolumbiya prezidentinin “Twitter” səhifəsi


“San-Xose” gəmisi


Karib dənizində


1708-ci ildə


Kartaxena


liman-şəhərinə yaxın yerdə batıb. Bu gəmi İspan kralı


V Filippin


donanmasının bir hissəsi olub.



Xuan Manuel Santos – Kolumbiya prezidenti


Batmış gəmi uzun müddət hüquq mübahisələri ucbatından tapılmayıb. Daha əvvəl


ABŞ-ın


“Sea Search Armada” şirkəti axtarışlar həyata keçirib. Şirkət iddia edib ki, 1981-ci ildə onlar batmış gəminin yerini müəyyən ediblər. Bundan sonra Kolumbiya hökuməti bildirib ki, gəminin kim tərəfindən tapılmasından asılı olmayaraq, xəzinələr Kolumbiya dövlətinə aid olacaq.


Bu səbəbdən ABŞ məhkəməsi 2011-ci ildə batmış gəminin Kolumbiya dövlətinin mülkiyyətində olduğunu elan edib.


Ehtimal olunur ki,


İspaniya


da xəzinə üstündə mübarizəyə qoşulacaq.


Paylaş: