Search for:

Zibilə milyonlarla borcu olan milyonçular

Paylaş:

42-ciparalel.az

Məşhur klublar milyonlarla məbləğdə zibil pulunu ödəməyiblər.


İtaliyanın


“Milan” və “İnter” klubuna təmsil olunduqları şəhərin bələdiyyəsi tərəfindən qəbz göndərilib. H


ər iki klub bələdiyyəyə 5 milyon avro ödəməlidi.


Məsələ burasındadı ki, Milan şəhərinin təmsilçiləri “San Siro” stadionunun xidmətindən müştərək istifadə edirlər. Bələdiyyə isə arenanın zibil tullantılarına görə klubların quruma 5 milyon avro borclarının olduğunu üzə çıxarıb. Eyni stadionu istifadə edən klublardan bu borcu birlikdə ödəməsi tələb olunub.

Sözügedən borc 2000-2004-cü illəri əhatə edir. Hazırda klub rəsmləri borcu necə ödəmək üzərində baş sındırır. Klub rəhbərliyi yaxın günlərdə borcun ödənilməsinə söz verib.


Paylaş: