Bakıda yaşayış binasının transformatoru yandı ( VİDEO )

0
1749456238.0630708

42-ciparalel.az


Bakının Xətai rayonunda, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xeyli canlı texnikası və qüvvəsi cəlb olunub.

Binaya elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.

Sakinlərin verdiyi məlumata görə, yanğın transformatorun partlaması nəticəsində baş verib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Ən son məlumata görə, yanğın yaşayış binasında deyil, Xətai rayonundakı Gəncə prospektində 4 binanı elektrik enerjisi ilə təchiz edən transformatorda baş verib. Yanğın qısa zamanda söndürülüb, alovun digər sahələrə keçməsinin qarşısı alınıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir