“Everton” – “Kristal Pelas” matçında hesab
42-ciparalel.az
Matçda hesab ikinci hissədə açılıb.
İngiltərə Premyer Liqasının
15-ci turunun son oyun günündə
“Everton”
doğma divarlar arasında
“Kristal Pelas”
klubunu qəbul edib. O
yun
“Qudison Park” stadionunda
baş tutub.
“Everton” – “Kristal Pelas” matçında hesab oyunun 2-ci hissəsində qonaq komanda tərəfindən açılıb. Belə ki, 76-cı dəqiqədə Skott Denni künc zərbəsindən sonra topu başla Tim Hovardın qoruduğu qapıdan keçirib. “Everton”un cavabı isə, 81-ci dəqiqədə gəlib. Romelu Lukaku Qaret Berrinin ötürməsini qolla tamamlayıb. Bu həm də oyunda vurulan son qol olub. Beləliklə, “Everton” – “Kristal Pelas” oyunu 1:1 hesabı ilə başa çatıb.
Bu heç-heçədən sonra aktivinə 1 xal yazdıran “Everton” klubu İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci pillədən 9-cu pilləyə yüksəlib, “Kristal Pelas” isə 8-ci yerdən 6-cı yerə yüksəlib.