Bakıda xəstə aparan sürücü qəza törətdi
42-ciparalel.az
Qırmızı işıqda yolu keçən sürücü maşını başqa maşına çırpıb.
Bakının
Binəqədi rayonunda
avtomobilində xəstə aparan sürücü qəza törətdi. H
adisə Cəfər Xəndan küçəsi ilə
Azadlıq prospektinin
kəsişməsində qeydə alınıb. Qəza zamanı “Hyundai” və “Opel” markalı avtomobillər toqquşub.
İlkin xəbərə görə, avtoqəzaya “Hyundai” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozması səbəb olub. O, Azadlıq prospekti ilə hərəkətdə olarkən işıqforun qırmızı ışığına məhəl qoymayıb və onun avtomobili Cəfər Xəndan küçəsi ilə hərəkət edən “Opel”ə çırpılıb.
Nəticədə “Opel”in sürücüsü Feruz Gülməmmədov xəsarət alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Bildirilir ki, “Hyundai” markalı avtomobilin sürücüsünün tələsərək qırmızı işıqda yolu keçməsi də əbəs deyil. Çünki, sürücü həmin vaxt xəstəni xəstəxanaya çatdırmağa çalışıb.
Hadisənin təfərrüatları araşdırılır.

Hadisə yerindən