Skip to content
42-ciparalel.az
Biletlər dekabr ayının 19-da satışa çıxarılacaq
2016-cı ildə
Formula-1
Avropa
Qran Prisinin biletləri dekabr ayının 19-da satışa çıxarılacaq. O
nlayn bilet satışının başlanğıcı eyni zamanda “Son 6 ay” tədbirinin keçirilməsi ilə üst-üstə düşəcək.
“Bakı Şəhər Halqası” dekabr ayının 19-da yarış biletlərinin onlayn satışına başlamaqla ilk dəfə baş tutacaq 2016 Formula-1 Avropa Qran Prisinə gedən yolda daha bir mərhələyə yekun vuracaq. Bilet satışının başlanması həmin ərəfədə şəhərdə keçiriləcək “Son 6 ay” tədbiri ilə eyni günə təsadüf edəcək.
Bakı
mərhələsinin biletlərini,
www.bakucitycircuit.com
saytı vasitəsilə əlamətdar bir gündə –
Azərbaycanda
ilk dəfə keçiriləcək Formula-1 Avropa Qran Prisinə 6 ay qalmış əldə etmək mümkün olacaq.
“Son 6 ay” bayram tədbirləri Dənizkənarı Milli Parkın ərazisində canlı musiqi və atəşfəşanlıqla müşaiyət olunacaq.