Search for:

Ehtiyacımıza cəmi 5 manat artım

Paylaş:

42-ciparalel.az


Azərbaycanda yaşayış minimumu artırılmalıdır.

Azərbaycanda


2016-cı il üçün yaşayış minimumu müəyyən edilib.






Yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.






2015-ci ildə yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün isə 108 manat idi.






İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM)


rəhbəri, iqtisadiyyat doktoru


Vüqar Bayramov


açıqlamasında bildirib ki, Azərbaycan


MDB (Müstəqil Dövlətlər Birliyi)


ölkələri ilə müqayisədə həm orta pensiya məbləğinə, həm də yaşayış minimumunun həcminə görə ilk üçlüyə daxildir.






“Ümumiyyətlə,


Rusiya


, Azərbaycan və


Qazaxıstan


yaşayış minimumuna görə MDB ölkələri içərisində aparıcı mövqeyə malikdir”, – deyə o əlavə edib.






Bununla belə, o həmçinin qeyd edib ki, son dövrlərdə xərclərin strukturu dəyişib və əmək qabiliyyətli əhali daha çox xərcləmələr etməyə məcburdur.






Bu səbəbdən də Azərbaycanda yaşayış minimumu artırılmalıdır. Məsələn, Rusiyada rublun devalvasiyasına baxmayaraq, yaşayış minimumu yüksək olaraq qalır.




Vüqar Bayramov – İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadiyyat doktoru


Ümumiyyətlə, yaşayış minimumu yoxsulluğun səviyyəsinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Gəliri az olan əhalinin ehtiyacları dövlət tərəfindən kompensasiya edilməlidir.


Bu isə büdcə xərclərini və büdcədən ayrılan vəsaiti müəyyən edib prezidentə təqdim edərkən dövlət qurumlarının daha diqqətli olmağını tələb edir. Çünki bir çox yoxlamalar zamanı bir sıra dövlət qurumlarında büdcə vəsaitlərinin ehtiyacdan artıq xərcləndiyi aşkar olunduğu halda, son dövrlərdə əhali arasında sosial problemlər, maddi çətinliklər səbəbindən cinayət hadisələrinin, intiharların, əhali arasında narazılığın artdığı müşahidə edilir.


Məsələn, bu yaxınlarda


Hesablama Palatası




Dövlət Statistika Komitəsində


apardığı yoxlamalar zamanı büdcədən quruma ayrılan vəsaitin xərclənməsində nöqsanlar aşkarlayıb.


Komitə podratçı təşkilatlara əlavə vəsaitin ödənilməsinə imkan yaradıb, beynəlxalq tədbirlərin keçirilməsi, ezamiyyət xərclərinin ödənilməsi zamanı artıq xərclərə yol verib.


Bundan başqa, bir sıra elektron xidmət və vasitələrlə təchiz edildiyi halda blanklar, məcmuələr, müxtəlif materiallar və s. çap işləri həyata keçirilməklə büdcə vəsaitlərindən səmərəsiz istifadə olunmasına şərait yaradıb.


Bir sözlə, hazırda neftin qiymətinin aşağı olduğu bir vaxtda kəskin xərclərə getmək mümkün deyil. Amma istənilən halda yaşayış minimumu mərhələli şəkildə olsa belə artırılmalıdır. Çünki qiymətlərdə artım var.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi





Maliyyə Nazirliyi


də yaşayış minimumunu müəyyən edərkən bunu nəzərə almalıdır.


Paylaş: