Skip to content
42-ciparalel.az
Türkiyənin əfsanəvi müğənnisi
Barış Manconun
oğlu Doğukan boşanıb. S
ənətçinin oğlu həyat yoldaşı Tuba Mançodan 3 illik evlilik həyatına son qoyublar. Cütlüyün qarşılıqlı razılıq əsasında ayrıldıqları üçün məhkəmədə problem olmayıb.
Doğukan Manço anlaşma müqaviləsinə görə həyat yoldaşına 150 min lirə (54.135 min manat – red.) təzminat ödəyəcək. Tərəflərin bir-birindən başqa tələbi olmayıb.
Bildirilir ki, gənç ailənin dağılmasının səbəbi Doğukan “Survivor” müsabiqəsinə qatılmağı olub.
Barış Manço 1943-cü il yanvarın 3-də İstanbulda doğulub və 1999-cu il yanvarın 31-də ürək tutmasından vəfat edib. 200-dən çox mahnı bəstələyib. Sənətçi Azərbaycanı çox sevib və dəfələrlə ölkəmizə gələrək konsertlər verib.