Search for:

Bilal Ərdoğan İŞİD-lə heç bir əlaqəsinin olmadığını bildirib

Paylaş:

42-ciparalel.az

Türkiyənin


prezidenti


Rəcəb Tayyib Ərdoğanın


oğlu


Bilal Ərdoğan




İŞİD-lə


işbirliyi haqqında xəbərləri təkzib edib.



O, nə özünün, nə də ailəsinin İŞİD-in nəzarətində olan torpaqlarda qeyri-qanuni neft ticarəti ilə əlaqəsi olmadığını bildirib.




“Biz İstanbulda ofislər inşa edirik, amma


İraq





Suriyada


bizneslə məşğul olmuruq. İŞİD – mənim ölkəmin düşmənidir. İŞİD mənim dinimi ləkələyir”, – deyə Türkiyə prezidentinin oğlu Bilal Ərdoğan bildirib.


Bilal Ərdoğanın belə bir açıqlama verməsinə səbəb


Rusiyanın


onu terrorçularla iş görməkdə ittiham etməsi olub. Hətta


Rusiyanın Müdafiə Nazirliyi


bununla bağlı dəlillərinin olduğunu da deyirdi.



Rusiya rəsmiləri İŞİD-in il ərzində neftlə ticarətdən təxminən 2 milyard dollar qazandığını və həmin neftin əsas istehlakçısının məhz Türkiyə olduğunu vurğulayırdılar.




Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı eyni cinayətdə – terrorçularla işgüzar əlaqələr qurmaqda ittiham edib. “Bizim dəlillərimiz var və biz onları dünyaya təqdim edəcəyik”, – deyən prezident Rusiyanın bu biznesdə maraqlarını müdafiə edən şəxs olaraq Georq Həsvani adlı suriyalı iş adamını göstərib.

Paylaş: