“O səs Türkiyə”də daha bir azərbaycanlı ( VİDEO )
42-ciparalel.az
Rəşidə Kərim adlı ifaçı bütün münsiflərin rəğbətini qazana bilib.
Türkiyənin
məşhur “O səs Türkiyə” musiqi yarışında daha bir azərbaycanlı çıxış edib.
Rəşidə Kərim adlı iştirakçı Sibel Canın repertuarından “Berivanım” mahnısını ifa edib.
Bütün münsifləri özünə tərəf döndərə bilən azərbaycanlı sonda
Ebru Gündeşi
seçib. İndi o, yarışda iştirakını Ebru Gündeşin komandasında davam etdircək.
Rəşidə Kərimin “O səs Türkiyə”dəki ifası
Rəşidə Kərim “O səs Türkiyə”də çıxış edən və bütün münsiflər heyətinin rəğbətini qazanan yeganə azərbaycanlı deyil.
Bir neçə gün əvvəl 27 yaşlı
Leyla Rəhimova Selami Şahinin “Özlədim” mahnısını ifa edib.
Bundan sonra Leylanı komandasına qatmaq uğrunda münsiflərin apardığı mübarizədə
Murat Boz
qalib gəlib.
Leyla Rəhimovanın musiqi yarışındakı ifası
Türkiyədə yayımlanan “O səs Türkiyə” musiqi yarışında ən böyük səs salan ifaçı Elnur Hüseynov olub.
Böyük maraq yaradan Elnur sonda Ebru Gündeşi seçib və “O səs Türkiyə”nin qalibi olub.
Elnur Hüseynovun “O səs Türkiyə”nin seçmə mərhələsindəki çıxışı