Search for:
  • Ana səhifə/
  • Dünya/
  • Finlandiya kütləvi qırğında şübhəli bilinən iraqlı qardaşları saxlayıb

Finlandiya kütləvi qırğında şübhəli bilinən iraqlı qardaşları saxlayıb

Paylaş:

42-ciparalel.az



İD qruplaşması öldürməzdən öncə kursantları lentə alıb.

Finlandiya polisi özünü İslam Dövləti (İD) adlandıran qruplaşma tərəfindən törədilmiş kütləvi qırğın videosunda iştirakda şübhəli bilinən iraqlı əkiz qardaşları həbs edib.

Təhqiqatçıların bildirdiyinə görə, 23 yaşlı əkizlər 2014-cü ilin iyun ayında İraqın Tikrit şəhərində 11 nəfəri öldürməkdə şübhəli bilinir.

Onlar Finlandiyaya sentyabr ayında gəlib və Forssa şəhərində həbs ediliblər, polis bildirir.

Baş müfəttiş Jari Raty deyib ki, iki şübhəli şəxs videoda “maska geyinməyib”.

“Yerə sərilmiş insanlar bir-bir güllələnib,” o, Finlandiyanın YLE televiziyasına bildirib.

Polisin sözlərinə görə, adları çəkilməyən təqsirləndirilən şəxslər Finlandiya Təhlükəsizlik Kəşfiyyat Xidmətinin köməyi ilə yaxalanıb, lakin təfərrüatlar açıqlanmır.

Cənab Raty qardaşların Finlandiyaya sığınacaq almaq üçün gəlmələri barədə də heç bir fikir bildirməyib.

Əkiz qardaşlar cümə günü məhkəmə qarşısına çıaxacaq.

Kütləvi qırğın görüntüləri İD-nin Tikritdə silahsız İraq Hava Qüvvələri kursantlarını öldürməsi zamanı çəkilib.

Cihadçılar təbliğat videolarını online yayımlayıblar.

Təxminlərə görə, son vaxtlarda İraqda həyata keçirilmiş vəhşiliklər nəticəsində 1700 nəfərə yaxın insan həyatını itirib.

Bu ilin əvvəlində hökumət qüvvələrinin həyata keçirdiyi hücumdan sonra ələ keçirilmiş şəhərdə kütləvi məzarlıqlar aşkar edilib.

Paylaş: